Tut əlimdən

Shahin Media Organization 2011

Dünya liderlərinin son sözləri

Liyiya lideri Müemmar Qeddafinin Sirt şeherinde öldürülmezden evvel dediyi son sözler bele oldu: “Men sizin atanızım, övladlarım; meni öldürmeyin, haramdır”. Bu sözler diger dünya liderlerinin son sözlerini xatırlatdı.
Benito Mussolini-İtaliya:”Meni sinemden vurun”
İtaliyanın faşist lideri Mussolini İkinci Dünya Müharibesinde xalqın desteyini itirdi. İspaniyaya qaçmaq teklifini redd eden 23 illik diktator 28 aprel 1945-ci ilde alman formasıyla qaçarken tutuldu. İtaliya Qurtuluş Komitesinin onun haqqında verdiyi edam qerarı derhal yerine yetiirldi. Onun son sözleri bele oldu: “Meni sinemden vurun”.
Onun cesedi Milanda ayaqlarından asılaraq sergilendi.
Seddam Hüseyn-İraq: “Birlik içinde qalın”
ABŞ-ın İraqa 2003-cü ildeki müdaxilesinden sonra 9 ay axtarışda olan Seddam Hüseyn doğulduğu Tikritde bir quyuda tapıldı. 26 dekabr 2006-cı ilde edama mehkum edilen 24 illik diktator, 4 gün sonra asıldı. Edamından derhal evvel o, xalqına bele müraciet etdi: “Birlik içinde qalın ve İrana güvenmeyin”.
Zeynel Abidin Bin Eli-Tunis: “Aldadıldım, vezifedeyem”
Tunisin 24 illik prezidenti Zeynel Abidin Bin Eli 2010-cu ilin dekabr ayında universitet mezunu olan işsiz gencin özünü yandırması ile baş qaldıran xalq üsyanından sonra 14 yanvar 2011-ci ilde hakimiyyeti buraxaraq yoldaşıyla birlikde Seudiyye Erebistanına qaçdı. İyun ayında, “Aldadılaraq bura getirildim, vezifemin başındayam” dedi, amma kimse inanmadı.
Adolf Hitler -Almaniya: “Cesedimi ruslara vermeyin”
Milyonlarla adamın ölümünde günahkar bilinen Adolf Hitler 30 aprel 1945-ci ilde intihar etdi. Almaniyanın Füreri, II. Dünya Müharibesi esnasında rusların Berline girmesi barede xeberi alan kimi 12 illik iqtidarının bitdiyini bildi. Hitlerin intihar qerarını, Mussolininin düşdüyü veziyyetden qorxaraq verdiyi deyilir. Onun son sözleri bele oldu: “Cesedimi rusların eline esla vermemelisiniz, meni Moskvada heykel ederler”.
Françesko Franko – İspanya:”Hara gedirler?”
Ölkesi İspaniyanı vetendaş müharibesine sürükleyen, daha sonra ise 36 il iqtidarda qalan Franko heç vaxt “devrilmiş lider” olmadı. İqtidarda olarken xestelendi. Ziyaretine gelenler üçün “Niye geldiler?” deye soruşarken “Yaxşı yol” cavabı verildiyinde “Hara gedirler?” demesi yanındakıları çaşdırmışdı. 20 Noyabr 1975-ci ilde öldü. Bütün heykelleri söküldü.
Nikolay-Elena Çavuşesku-Rumıniya:”Rumıniya sonsuza qeder yaşayacaq”
24 il iqtidarda qalan kommunist lider Nikolay Çavuşesku tezyiq ve zülm rejiminin ardından edama mehkum edildi. İnqilab Meydanındakı çıxışı etirazla qarşılanandan sonra yoldaşı ile partiya binasına sığınıb, vertolyotla qaçmağa çalışsa da tutulub. 25 dekabr 1989-cu ilde güllelendi. Onun heyat yoldaşının son sözleri, “Men sizin ananızım” oldu. Nikolay Çavuşesku ise “Rumıniya sonsuza qeder yaşayacaq” dedi.
Ziya ül Haqq – Pakistan: Şübheli teyyare qezasında öldü
1977-ci ilde Pakistanda seçkide qalib gelen Zülfüqar Eli Bhuttonu devirdi ve edam etdirdi. 11 illik diktatorluqdan sonra 17 qvqust 1988-ci ilde ABŞ sefirinin ve diger resmilerin de olduğu teyyarenin qezaya uğraması neticesinde öldü. Ölümünden sonra seçkini açıq ferqle qazanan Zülfüqar Eli Bhuttnonun qızı Benazir Bhutto baş nazir oldu.
Hüsnü Mübarek – Misir : Demir qefes arxasında
Misirde bu il yanvar ayında başlayan antihökumet nümayişlerine müqavimet göstere bilmeyerek 30 il davam eden iqtidarını 11 fevralda buraxan 83 yaşlı Mübarek bir ay sonra hebs olundu. Sağlamlıq problemleri sebebiyle Qahirede xestexanada müalice olunan lider ilk mehkeme prosesine 3 avqustda xerekde getirildi ve prosesde demir qefesin arxasından yataraq ifade verdi.
Pol Pot – Kamboca: “Tek başıma etmedim”
1975-79-cu iller arasında Kambocanın baş naziri olan Pol Pot qurduğu tezyiq rejiminde bir milyon adamın ölümünde teqsirli bilinir. Öz destekçileri terefinden ömür boyu ev hebsine mehkum edilen Pol Pot 18 aprel 1998-ci ilde infarktdan öldü. Ölmezden evvel ölümlere göre vicdanının rahat olduğunu söyleyerek “tek başıma etmedim” deyib.

Qaynaq: http://wap.big.az/bigcms.php?op=ArticleFull&sid=26638

Vahid Yazı Naviqasiyası

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: